Rüstəm Orucov Qran-Pridən kənarda qaldı - SƏBƏB

Rüstəm Orucov Qran-Pridən kənarda qaldı - SƏBƏB

Azərbaycan cüdoçusu Rüstəm Orucov Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pri turnirində iştirak etməyəcək.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, 81 kq çəki dərəcəsində yer alan idmançı xəstələndiyi üçün milli komandanın həkiminin qərarına əsasən tatamiyə çıxmayacaq.

Yarışdan öncə 38 dərəcədən yuxarı qızdırması olan Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb döşəyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər