Rüstəm Orucov ikiqat Olimpiya çempionu ilə bir komandada

Rüstəm Orucov ikiqat Olimpiya çempionu ilə bir komandada

Dekabrın 11-də cüdo üzrə Çempionlar Liqası və Avropa Liqası turnirləri keçiriləcək.

Fanat.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil olunacaq ÇL-də Azərbaycan millisinin dörd üzvü çıxış edəcək. Orxan Səfərov (66 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) Yunanıstanın "Aris", Rüstəm Orucov (73 kq) isə Serbiyanın "Srvena Zvezda" klubunun heyətində mübarizə aparacaq. 

Rüstəm Orucov ikiqat Olimpiya çempionu ilə bir komandada

Çexiyanın paytaxtı Praqada baş tutacaq AL-də isə Hidayət Heydərov (73 kq) yarışacaq. O, Rusiya "Lokomotiv"inin heyətində qüvvəsini sınayacaq.

Qeyd edək ki, R. Orucovun komandasında çexiyalı məşhur cüdoçu, ikiqat Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Lukaş Krpalek (+100 kq) də yer alır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər