Petrovun istefası qəbul olundu

Petrovun istefası qəbul olundu

Bolqarıstan Futbol İttifaqının İcraiyyə Komitəsi milli komandanın baş məşqçisi Yasen Petrov və köməkçilərinin istefasını qəbul edib. 

Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Komandaya müvəqqəti olaraq Georgi İvanov rəhbərlik edəcək. 

Baş məşqçi postuna namizədlər İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq. 

Qeyd edək ki, Bolqarıstan millisi UEFA Millətlər Liqasının oyunları çərçivəsində 9 iyunda Cəbəllütariq, 12 iyunda isə Gürcüstan seçməsi ilə üz-üzə gələcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər