İspaniya millisinin baş məşqçisi Luis de la Fuente A Liqasının dördüncü turunda Xorvatiya üzərində 2:1 hesablı qələbədən sonra komandasının UEFA Millətlər Liqasının pley-off mərhələsinə yüksəlməsi barədə danışıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 1/4 finala erkən yüksəlmələri barədə təəssüratlarını "Marca"-ya belə bildirib:
"Məqsəd qələbələrə davam etməkdir. 42 oyundur ki, məğlubiyyətsizik və daha çox oyun qazanmaq istəyirik. Bu komanda ilə inanılmaz dərəcədə fəxr edirəm. Belə oyunçularım olduğuna görə şanslıyam".
İspaniya 4 oyundan sonra 12 xalla 3-cü qrupda liderlik edir. Pireneylilər bu nəticədən sonra 1/4 finala erkən vəsiqəni təmin ediblər. İngiltərənin doqquz xalı var və ikinci yerdədir. Xorvatiyanın üç xalı var, Çexiyanın isə xalı yoxdur.
Mirağa