UEFA Millətlər Liqasında 4-cü tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, turun sonuncu günündə 10 oyun keçiriləcək.
A Liqasının 3-cü qrupunda İspaniya Xorvatiyanın qonağı olacaq, İngiltərə isə Çexiya yığmasını qəbul edəcək.
B Liqasında Şotlandiya evdə Sloveniya ilə, İsveçrə isə Şimali Makedoniya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Turun daha 6 oyunu isə C Liqasında baş tutacaq.
Qeyd edək ki, D Liqasında mübarizə aparan Azərbaycan millisi 3 oyunda topladığı 5 xalla qrup lideridir. Yığmamız qrupda son oyununu 13 noyabrda səfərdə Lixtenşteynə qarşı keçirəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
6 oktyabr
A Liqası, 3-cü qrup
21:45. Xorvatiya – İspaniya
21:45. İngiltərə – Çexiya
B Liqası, 1-ci qrup
21:45. Şotlandiya – Sloveniya
21:45. İsveçrə – Şimali Makedoniya
C Liqası, 1-ci qrup
21:45. Belarus – Finlandiya
21:45. Albaniya – San-Marino
C Liqası, 3-cü qrup
17:00. Qazaxıstan – Farer adaları
21:45. Moldova – Slovakiya
C Liqası, 4-cü qrup
21:45. Estoniya – İslandiya
21:45. Lüksemburq – Bolqarıstan