Zidan Belçika üzərində darmadağını belə şərh etdi

Zidan Belçika üzərində darmadağını belə şərh etdi
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Millətlər Liqasının dördüncü turunda Belçika üzərində 4:1 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssisis UEFA-nın rəsmi saytına belə danışıb:
"İlk qolu vuraraq oyuna qayıtmaq vacib idi - bu, təşəbbüsü bir az ələ almağımıza imkan verdi. Hətta ilk hissəyə yaxşı başlasaq da, rəqibin cərimə meydanı həndəvərində sürətimiz çatışmırdı. Düşünürəm ki, matçın bütün 90 dəqiqəsinə baxsanız, qələbəyə layiq idik və ikinci hissədəki performansımız həqiqətən yaxşı idi.
Hər şey çox müsbətə doğru gedir. 10 xal qazanmışıq, bu, oyunçularla görülən işin nəticəsidir. Bu kollektivlə işləmək çox xoşdur".
Qeyd edək ki, Fransa millisi Zidanın rəhbərliyi altında Millətlər Liqasında Belçikanı (4:1, 1:0) və Türkiyəni (1:0) məğlub edib, yalnız İtaliya ilə (1:1) heç-heçəyə razılaşıb.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər