Millətlər Liqası: İngiltərə darmadağına sevindi

Millətlər Liqası: İngiltərə darmadağına sevindi

UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 10 qarşılaşma baş tutub.

A Liqasında Xorvatiya İspaniyanı, İngiltərə isə Çexiyanı qəbul edib. Pireneylilər minimal hesabla qalib gəliblərsə, britaniyalılar darmadağın reallaşdırıblar. Harri Keyn dubl müəllifi olub.

Qeyd edək ki, D Liqasında mübarizə aparan Azərbaycan millisi 3 oyunda topladığı 5 xalla qrup lideridir. Yığmamız qrupda son oyununu 13 noyabrda səfərdə Lixtenşteynə qarşı keçirəcək.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, 4-cü tur

6 oktyabr

A Liqası, 3-cü qrup

Xorvatiya – İspaniya 1:2

İngiltərə - Çexiya 3:0

Xal durumu: İspaniya - 12, İngiltərə - 9, Xorvatiya - 3, Çexiya - 0

B Liqası, 1-ci qrup

İsveçrə - Şimali Makedoniya 3:0

Şotlandiya – Sloveniya 1:2

Xal durumu: İsveçrə - 12, Sloveniya - 7, Şotlandiya - 4, Şimali Makedoniya - 0

C Liqası, 1-ci qrup

Albaniya - San-Marino 1:1

Belarus - Finlandiya 1:0

Xal durumu: Belarus - 7, Finlandiya - 7, Albaniya - 7, San-Marino - 0

C Liqası, 3-cü qrup

Qazaxıstan - Farer adaları 2:2

Moldova - Slovakiya 0:4

Xal durumu: Slovakiya - 10, Farer adaları - 4, Moldova - 4, Qazaxıstan - 2

C Liqası, 4-cü qrup

Lüksemburq - Bolqarıstan 0:2

Estoniya – İslandiya 0:0

Xal durumu: İslandiya - 8, Estoniya - 6, Bolqarıstan - 4, Lüksemburaq - 3,

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər