Paralimpiya çempionumuz: "Bizə yalnız qələbə yaraşır"

Paralimpiya çempionumuz: "Bizə yalnız qələbə yaraşır"

"Şükürlər olsun ki, qalib gəldim. Məşqçilərim sağ olsun".

Fanat.Az xəbər verir ki, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olan Azərbaycanın qadın cüdoçusu Xanım Hüseynova (63 kq) deyib.

O, Ukrayna idmançısı ilə final görüşünün çətin keçdiyini bildirib: "Şükürlər olsun ki, qalib gəldim. Məşqçilərim sağ olsun. Çox əziyyət çəkdik. Allah əvəzini verdi. Bizə yalnız qələbə yaraşır".

Qeyd edək ki, Azərbaycan komandası Tokio 2020 Yay Paralimpiya Oyunlarında 6 qızıl medal qazanıb. Bunlardan beşi cüdo, biri üzgüçülük millimizin aktivindədir. Paralimpiyaçılarımızın hesabında Oyunların 2 bürünc (pauerliftinq və cüdo üzrə) mükafatı da var. Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər