Millimiz "Böyük Dəbilqə"də 1-ci oldu

Millimiz "Böyük Dəbilqə"də 1-ci oldu

Təl-Əvivdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, İsrail paytaxtına 9 kişi cüdoçu ilə yollanan Azərbaycan komandası yarışda 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.

Bununla ölkəmiz kişilərin sıralamasında 1-ci, ümumkomanda hesabında isə yalnız Fransadan (4 qızıl, 4 bürünc medal) geri qalaraq 34 ölkə arasında 2-ci yeri tutub.

Qeyd edək ki, qızıl medalları Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) qazanıb. Gümüş mükafat Yaşar Nəcəfovun (66 kq), bürünc Zelim Kotsoyevin (100 kq) sayəsində komandamızın aktivinə yazılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər