Karsli Finlandiya üzərində qələbəni dəyərləndirdi

Karsli Finlandiya üzərində qələbəni dəyərləndirdi

İngiltərə millisində baş məşqçinin funksiyalarını müvəqqəti icra edən Li Karsli Millətlər Liqasının 2-ci turunda Finlandiya seçməsi üzərində evdə qazandıqları qələbəni (2:0) şərh edib.

Fanat.Az xəbər verir ki, BBC onun sözlərini belə çatdırıb:

"Yaxşı və baxımlı oynadıq. Onların necə əks-hücumlar quracağını bilirdik və bu barədə danışmışdıq. Toplanış zamanı yaxşı çalışmışıq. Oyunumuzu inkişaf etdirmək əsas məqsədimizdir".

Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan İngiltərə 1-ci turda səfərdə İrlandiyanı 2:0 hesabı ilə yenmişdi. 6 xala malik britaniyalılar 2-ci pillədə mövqe tutublar. İlk sırada eyni xalı olan Yunanıstan qərarlaşıb.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər