Heydərov yenə birinci, Nəcəfov "20-lik"də

Heydərov yenə birinci, Nəcəfov "20-lik"də

Beynəlxalq Cüdo Federasiyası Ulan-Batorda (Monqolustan) keçirilən “Böyük dəbilqə” turnirindən sonra yenilənmiş reytinqi dərc edib.

Fanat.Az xəbər verir ki, yarışın bürünc mükafatçısı Yaşar Nəcəfov (66 kq) beş pillə yüksələrək 17-ci pillədə qərarlaşıb. Eyni çəkidəki Orxan Səfərov 14-cü yerdədir.

Hidayət Heydərov (73 kq) hələ də öz çəki dərəcəsində liderlik edir, Zelim Kotsoyev (100 kq) isə 2-ci yerdədir. Səid Mollayi (81 kq) 3-cü, Balabəy Ağayev (60 kq) isə 4-cü pillədə qərarlaşıb.

Qadınlardan Gültac Məmmədəliyeva (52 kq) 17-ci, Leyla Əliyeva (48 kq) isə 38-ci yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər