Federasiya prezidentinin müşaviri beynəlxalq seminara qatıldı

Federasiya prezidentinin müşaviri beynəlxalq seminara qatıldı

Avropa Cüdo Birliyi (EJU) Portuqaliyanın paytaxtı Lissabonda Beynəlxalq Cüdo Federasiyası (IJF) tərəfindən bu ilin əvvəlində tətbiq edilən yeni hakimlik və məşqçilik qaydaları ilə bağlı seminar keçirib.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, seminarda müxtəlif ölkələrin beynəlxalq dərəcəli hakimləri iştirak ediblər.

EJU-nun hakimlər üzrə direktoru Aleksandr Yatkeviç çıxışında bildirib ki, təşkil olunan seminar cüdo üzrə biliklərini təkmilləşdirən peşəkar hakim və məşqçilər üçün əla fürsətdir. Bu tədbir, eləcə də idmançılar və idman həvəskarları üçün də çox faydalıdır.

Qeyd edək ki, seminarda ACF prezidentinin müşaviri, Əməkdar idman ustası Natiq Bağırov və federasiyanın hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli də iştirak ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər