Dünya reytinqi: Məmmədəli 2-ci, Hidayət 3-cü sıraya yüksəldi

Dünya reytinqi: Məmmədəli 2-ci, Hidayət 3-cü sıraya yüksəldi

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Fanat.Az xəbər verir ki, İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük Dəbilqə” turnirindən sonra Azərbaycan cüdoçularının  mövqeyində ciddi dəyişiklik olub. Yığmamızın 5 üzvü “Top-10”da yer alıb.

Yarışda qızıl medal qazanan Məmmədəli Mehdiyev (90 kq) 4 pilləlik sıçrayışla 2-ci sıraya yüksəlib. 29 yaşlı cüdoçunun hesabında 4560 xal var.

İsraildə fəxri kürsünün ən yüksək pilləsinə qalxan digər cüdoçumuz Hidayət Heydərov (73 kq) daha çox – 5 pillə irəliləyib. İdmançı 3420 xalla hazırda 3-cüdür.

Yarışda 3-cü olan Zelim Kotsoyev (100 kq) də bir addım irəliləyib. O, 3352 xalla 8-cidir.

“Böyük Dəbilqə”dəki 5-ci yeri ilə xal hesabını 2945-ə çatdıran Kəramət Hüseynov 4-cü pillədə qərarlaşıb. O, bir addım irəliləyib.

Ən böyük sıçrayışa yarışın gümüş mükafatçısı Yaşar Nəcəfov (66 kq) nail olub. 22 yaşlı cüdoçunun qazandığı 700 xal onu 216 pillə irəli apararaq 48-ci yerə qaldırıb.

Eyni çəkidə yer alan və bu il xal qazanmayan Orxan Səfərov 3275 xalla 6-cı sırada qalıb.

Təl-Əviv "Böyük Dəbilqə"sində 7-ci olan cüdoçularımız - Balabəy Ağayev (60 kq) və Elmar Qasımov (100 kq) isə hərəyə 5 pillə irəliləyiblər. Balabəy 1750 xalla hazırda 20-ci, 1201 xalı olan Elmar isə 26-cıdır.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər