DÇ: Səid Mollayi mübarizəyə qoşulur

DÇ: Səid Mollayi mübarizəyə qoşulur

Dohada (Qətər) cüdo üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha bir idmançısı tatami üzərinə çıxacaq.

Dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Səid Mollayi (81 kq) 1/16 finalda Aleks Barto (Slovakiya) - Fransua Gauthier Drapeau (Kanada) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, üç gündən sonra Azərbaycan komandasının hesabında mükafat yoxdur. Mundiala mayın 14-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər