DÇ: Millimiz neçənci oldu?

DÇ: Millimiz neçənci oldu?

İtaliyanın Olbiya şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının fərdi yarışına yekun vurulub.

Fanat.Az xəbər verir ki, mundiala 8 nəfərlik heyətlə qatılan millimizin iki üzvü çıxışını medalla başa vura bilib. Oğlanların 60 kq çəki dərəcəsində Turan Bayramov gümüş, 81 kq-da yarışan Elcan Hacıyev bürünc mükafata sahib çıxıb. 

Beləliklə, Azərbaycan ümumkomanda hesabında 12-ci olub. Oğlanların sıralamasında isə yığmamız 7-ci yeri tutub.

Qeyd edək ki, dünya çempionatına sabah qarışıq komanda yarışı ilə yekun vurulacaq. Ölkəmiz bu mübarizədə təmsil olunmayacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər