DÇ: Hidayət Heydərov mübarizəyə qoşulur

DÇ: Hidayət Heydərov mübarizəyə qoşulur

Dohada (Qətər) cüdo üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın bir idmançısı tatami üzərinə çıxacaq.

İkiqat Avropa çempionu, dünya çempionatlarının üçqat bürünc medalçısı Hidayət Heydərov (73 kq) 1/16 finalda Martin Hojak (Sloveniya) - Adil Osmanov (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, iki gündən sonra Azərbaycan komandasının hesabında mükafat yoxdur. Mundiala mayın 14-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər