Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı

Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı

Qətərdə keçiriləcək böyüklər arasında dünya çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb.

Fanat.Az xəbər verir ki, ilin cüdo üzrə ən mötəbər yarışı olan mundial 7-14 may tarixlərində Dohada keçiriləcək. Çempionatda Azərbaycan cüdo üzrə milli yığma komandası 9 çəki dərəcəsində ümumilikdə 9 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.

Mundialda cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar 7-13 may tarixlərində, komanda yarışları isə 14 mayda Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”-da keçiriləcək. 

Qadınlar

-48 kq.  Leyla Əliyeva Könül Əliyeva

-52 kq.  Gültac Məmmədəliyeva Aydan Vəliyeva

Kişilər

-60 kq.  Balabəy Ağayev  Turan Bayramov 

-66 kq.  Orxan Səfərov 

-73 kq.  Hidayət Heydərov 

-81 kq.  Səid Mollayi 

-90 kq.  Məmmədəli Mehdiyev  Murad Fətiyev 

-100 kq.  Zelim Kotsoyev 

+100 kq.  Uşanqi Kokauri

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər