Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, 15-17 dekabrda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
3 gün davam edən yarışda 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 296 (236 kişi, 60 qadın) cüdoçu güclərini sınayıb.
Çempionatın sonuncu günündə 6 çəki dərəcəsində 102 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -73 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -57 kq., -78 kq. və +78 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib. Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Atilla İdman Klubu, 2-ci yerə Neftçi İdman Klubu, 3-cü yerə isə Cüdo Klub 2012 layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.
Qaliblərin siyahısını təqdim edirik:
Qadınlar
-48 kq. 1. Şəfəq Həmidova 2. Ramilə Əliyeva 3. Xumar Qasımzadə 3. Leyla Dəmirova
-52 kq. 1. Zeynəb Məmmədova 2. Nuray Quliyeva 3. Ayşə Qurbanlı 3. Fəridə Mirzəyeva
-57 kq. 1. Elmira Mustafayeva 2. Nərgiz Hacıyeva 3. Fidan Qasımova 3. Nilgün Rzayeva
-63 kq. 1. Leyla Hüseynova 2. Kamilla Töhöliyeva 3. Diana Şoranova 3. Leyla Atayeva
-70 kq. 1. Günel Həsənli 2. Pərvanə Abdullayeva 3. Səkinə Baxşıyeva 3. Aygül İsmayılova
-78 kq. 1. Fidan Tarverdiyeva 2. Nərmin Əmirli 3. Aysu Həsənova 3. Əsmər Əliyeva
+78 kq. 1. Nigar Süleymanova 2. Elnarə Rəşidova 3. Aytəkin Paşazadə 3. Kəmalə Hüseynova
Kişilər
-60 kq. 1. Nazir Talıbov 2. Babarəhim Mirzəyev 3. Hüseyn Allahyarov 3. Kənan Hüseynov
-66 kq. 1. Rəşad Yelkiyev 2. Tofiq Məmmədov 3. Zahir Ağazadə 3. Kamran Süleymanov
-73 kq. 1. Rəşid Məmmədəliyev 2. İbrahim Əliyev 3. Süleyman Əliyev 3. Nurlan Osmanov
-81 kq. 1. Məmmədrza Hacızadə 2. Kərim Allahverdiyev 3. Ömər Rəcəbli 3. Qədir Hüseynov
-90 kq. 1. Elcan Hacıyev 2. Vüqar Talıbov 3. İbrahim Ağakişiyev 3. Şamil Tuncay
-100 kq. 1. Hüseyn Dadaşov 2. Rüfət İsmayılov 3. Əjdər Bağırov 3. Ruslan Nəsirli
+100 kq. 1. Camal Qamzatxanov 2. Ramazan Əhmədov 3. Kənan Nəsibov 3. Camal Feyziyev