Acalova A kateqoriyasına yüksəldi

Acalova A kateqoriyasına yüksəldi

Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər komitəsinin üzvü Arzu Acalova A kateqoriyasına yüksəlib.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, referi buna Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyasının (IOC) imtahanında nail olub.

Acalova 27-29 oktyabrda böyüklər arasında Açıq Okeaniya turnirində görüşləri idarə edib. O, həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə başa vurub.

Cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyasına yüksəliblər, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə B kateqoriyalı hakim statusu qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər