Ronaldu İsveçrə ilə matça aparılmayacaq

Ronaldu İsveçrə ilə matça aparılmayacaq

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu kapitanı olduğu seçmənin Millətlər Liqasının 4-cü turunda İsveçrəyə qarşı keçirəcəyi matçdan azad edilib.

Fanat.Az  "So Foot"a istinadən xəbər verir ki, bunu portuqaliyalıların baş məşqçisi Fernandu Santuş deyib.

O, Ronaldu ilə yanaşı, Rafael Gerreyru və Joau Moutinyuya da vaxtından əvvəl istirahət imkanı yaratdığını, bu yığma üzvlərinin İsveçrəyə aparılmayacağını söyləyib.

Qeyd edək ki, İsveçrə - Portuqaliya matçı bu gün, "Stad de Jenev"də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər