"De Liqtə özünü göstərmək üçün əlavə şans verdim, ancaq..." - Ronald Kuman

"De Liqtə özünü göstərmək üçün əlavə şans verdim, ancaq..." - Ronald Kuman

Niderland yığmasının baş məşqçisi Ronald Kuman Millətlər Liqasının 2-ci turunda Almaniya seçməsinə qarşı keçirdikləri ev oyununun (2:2) fasiləsində "Mançester Yunayted"in mərkəz müdafiəçisi Matteys de Liqti əvəzləməsinin səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:

"De Liqti sonadək meydanda saxlamaq istəyərdim. Amma fakt budur ki, indi onu hər səhvinə görə cəzalandırırlar. Bu matçda Matteysə özünü göstərmək üçün əlavə şans verdim, ancaq yekunda onu növbəti səhvlərdən qorumaq üçün oyundan aldım".

Xatırladaq ki, MY-nin bu yay "Bayern Münhen"dən transfer etdiyi de Liqt yeni klubu ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər