"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk gündə medal qazana bilmədilər

"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk gündə medal qazana bilmədilər

Azərbaycan cüdoçuları İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində ilk günündə medal qazana bilməyiblər.

Fanat.Az xəbər verir ki, Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Əhməd Yusifov (60 kq), Turan Bayramov və Ruslan Paşayev (hər ikisi 66 kq) mükafat qazanmaq şansını itiriblər.

Xatırladaq ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur. "Böyük Dəbilqə" avqustun 30-da yekunlaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər