Millətlər Liqası: Rəqibimiz Belarusu tanıyaq

Millətlər Liqası: Rəqibimiz Belarusu tanıyaq

UEFA Millətlər Liqasında Azərbaycan milli komandası ilə eyni qrupda yer alan komandalardan biri Belarusdur.

Fanat.Az rəqibimiz haqda maraqlı məlumatları təqdim edir: 

Belarus milli futbol komandası - beynəlxalq yarışlarda Belarusu təmsil edən milli futbol komandasıdır. İdarəedici təşkilat Belarus Futbol Federasiyasıdır. Qurum 22 dekabr 1989-cu ildə yaradılıb. 1992-ci ildən FİFA-nın, 1993-cü ildən isə UEFA-nın üzvüdür. 

Komanda FİFA reytinqində 95-ci, UEFA Reytinqində isə 32-ci yerdədir. 

Dünya və Avropa çempionatlarının qrup mərhələsində iştirak edə bilməyb.

Yığmanın böyük hesablı qələbələri: 

Belarus - Litva - 5:0 (Minsk, Belarus; 7 iyun 1998) Belarus - Tacikistan - 6:1(Borisov, Belarus; 4 sentyabr 2014) Belarus - San Marino - 5:0  (Minsk, Belarus; 8 sentyabr 2018)

Yığmanın böyük hesablı məğlubiyyətləri: 

Belçika - Belarus - 8:0 (Lyöven, Belçika; 30 mart 2021)

Belarus millisinin ən tanınmış siması "Arsenal" və "Barselona" klublarında forma geyinmiş veteran futbolçu Aleksandr Qlebdir. 

Komandanın baş məşqçisi Georgi Petroviç Kondratyevdir. 61 yaşlı mütəxəssis 1998-ci ildən 5 fərqli klubda (hamısı yerli)  çalışıb. Maraqlısı odur ki, Georgi Kondratyev futbolçu karyerasını futzaldan başlayıb.

Kondratyevin rəhbərliyi altında yığma 17 rəsmi oyun keçirib. Onlardan 14-ü məğlubiyyət, 2-si heç-heçə və yalnız 1-də qələbə qeydə alınıb. O da 2012-ci ildə Gürcüstan millisinə qarşı oyunda olub - 2:0.

2021-ci ildə Belarus yığması DÇ-2022-nin seçmə mərhələsində Belçikaya 0:8 hesablı məğlubiyyətindən sonra baş məşqçi Mixail Marxelin yerinə Kondratyev yenidən baş məşqçi postuna qayıdıb.

DÇ-2022-nin seçmə mərhələsini 3 xalla başa vuran Belarus millisi keçirdiyi oyunlara fərqli taktiki düzülüşlə (5-4-1, 5-3-2, 3-5-2, 4-3-3, 4-4-1-1) çıxıb. Seçmə mərhələdə rəqibə 7 qol vurub və 24 dəfə öz qapısında top görüb. 

Belarus millisinin nisbətən təhlükəli futbolçusu 26 yaşlı yarımmüdafiəçi Nikita Korzundur.

Azərbaycan millisi Belarus yığması ilə bu günə qədər cəmi 4 oyun keçirib: 

Belarus - Azərbaycan - 2:2 (27.05.1996) Azərbaycan - Belarus - 1:0 (26.02.2001) Azərbaycan - Belarus - 0:1 (23.03.2018) Belarus - Azərbaycan - 1:2 (02.06.2021)

Belarus yığmasına qarşı növbəti qarşılaşmamızı səfərdə UEFA Millətlər Liqası çərçivəsində iyun ayının 6-sı keçirəcəyik.

Qeyd edək ki, Belarus seçməsinin ev oyunları siyasi səbəblərdən neytral ölkədə keçirilə bilər.

Xatırladaq ki, C qrupunda Azərbaycan və Belarusla yanaşı Slovakiya və Qazaxıstan - Moldova cütünün qalibi mübarizə aparacaq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər