Millətlər Liqası: Mundialın finalçıları "sülh"ə razılaşdı

Millətlər Liqası: Mundialın finalçıları "sülh"ə razılaşdı

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, A,B,C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa finalçı Xorvatiyanın qonağı olub. Görüş qollu bərabərliklə bitib. Avstriya - Danimarka qarşılaşması isə qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb.

B Liqasının yeganə matçında İslandiya Albaniyanı sınağa çəkib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk edib.

C Liqasının 3-cü qrupunda Azərbaycan seçməsi Serbiyada Belarusla qarşılaşıb. Oyunda hesab açılmayıb. İlk turda millimizi 2:0 hesabı ilə yenən Qazaxıstan isə səfərdə Slovakiyanı tək qolla yenib.

Nəhayət, D Liqasının 1-ci qrupunda Latviya Lixtenşteyni, Andorra Moldovanı qəbul edib. Latviya minimal hesablı zəfərə sevinibsə, Andorradakı görüş başladığı hesabla da bitib.

A Liqası

1-ci qrup

Avstriya - Danimarka 1:2

Qollar: Xaver Şlager, 67 - Pyer-Emil Hoybyerq, 27. Yens Larsen, 84.

Xorvatiya - Fransa 1:1 

Qollar: Andrey Kramariç 83-pen. - Adrien Rabyo, 52.

Millətlər Liqası: Mundialın finalçıları "sülh"ə razılaşdı

B Liqası

2-ci qrup

 İslandiya - Albaniya 1:1 

Qollar: Torsteynsson, 49 - Taulant Seferi, 30

Millətlər Liqası: Mundialın finalçıları "sülh"ə razılaşdı

C Liqası

3-cü qrup

Belarus - Azərbaycan 0:0

Slovakiya - Qazaxıstan 0:1

Qol: Aslan Darabaev, 26. Millətlər Liqası: Mundialın finalçıları "sülh"ə razılaşdı

D Liqası

1-ci qrup

Latviya - Lixtenşteyn 1:0

Qol: Artūrs Juzins, 73.

Andorra - Moldova 0:0

Millətlər Liqası: Mundialın finalçıları "sülh"ə razılaşdı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər