Millətlər Liqası: Fransa qrup sonuncusu olaraq qaldı - YENİLƏNDİ

Millətlər Liqası: Fransa qrup sonuncusu olaraq qaldı - YENİLƏNDİ

UEFA Millətlər Liqasında bu gün ikinci dövrəyə start verilib.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə A, B və C Liqalarında 5 görüş keçirilib.

A Liqasının 1-ci qrupunda lider Danimarka Avstriyanı, son pillədəki Fransa isə Xorvatiyanı qəbul edib.

B Liqasında 2-ci qrupda yeganə görüş İslandiya və lider İsrail arasında baş tutub.

C Liqasında millimizin də yer aldığı 3-cü qrupda liderlik uğrunda matçda Qazaxıstan Slovakiyanı qəbul edib. Meydan sahibləri qələbə qazanıb - 2:1.  Azərbaycan millisi isə ev oyununda Belarus seçməsindən üstün olub - 2:0.

UEFA Millətlər Liqası, IV tur 13 iyun

A Liqası 1-ci qrup

Danimarka - Avstriya 2:0 Qollar: Conas Uind, 21. Andreas Skov Olsen, 37. 

Fransa - Xorvatiya 0:1 Qol: - Luka Modriç, 2 (pen.).

Xal durumu: Danimarka - 9, Xorvatiya - 7, Avstriya - 4,  Fransa - 2

B Liqası 2-ci qrup

İslandiya - İsrail 2:2 Qollar: Daqyur Torsteynsson, , 9. Yohan Helqson, 60. - Qretarsson, (öz qapısına) 35. Dor Perets, 65.

Xal durumu: İsrail - 5, İslandiya - 3, Albaniya - 1

C Liqası 3-cü qrup

Qazaxıstan - Slovakiya 2:1 Qollar: Yan Voroqovskiy, 18. Elxan Astanov, 39. - Matus Bero, 51.

Azərbaycan - Belarus 0:2 Qollar: Mahir Emreli, 74. Ramil Şeydayev, 90+4.

Xal durumu: Qazaxıstan - 10, Slovakiya - 6, Azərbaycan - 4, Belarus - 2.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər