Elxan Məmmədov Parisə kimləri aparır?

Elxan Məmmədov Parisə kimləri aparır?

6-7 mayda Fransanın paytaxtı Parisdə gənclər arasında Avropa Kuboku keçiriləcək. 

Fanat.Az xəbər verir ki, turnirdə 21 ölkədən 372 idmançı iştirak edəcək. Azərbaycan yarışda 7 çəki dərəsində 15 oğlan və 1 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

İdmançılarımız 8-10 may tarixlərində Parisda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına da qatılacaqlar.

Qızlar

-57 kq. Fidan Əlizadə

Oğlanlar

-60 kq.  Nizami İmranov  Nurlan Kərimli  Nicat Şirinov 

-66 kq.  İslam Rəhimov  Aydın Rzayev  Nicat Nağıyev 

-73 kq.  Qadir Hüseynov  Vüsal Qələndərzadə  Elnur Qasilov 

-81 kq.  Ömər Rəcəbli  Aslan Kotsoyev Məmmədrza Hacızadə 

-90 kq.  İsmayıl Zamanov 

+100 kq.  Kənan Nəsibov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər