Elmar Qasımov nə vaxt dönəcək?

Elmar Qasımov nə vaxt dönəcək?

Sosial şəbəkədəki qalmaqallı paylaşımlarına görə bir müddət əvvəl yığmadan uzaqlaşdırılan tanınmış cüdoçu Elmar Qasımovun yenidən komandaya cəlb olunması barədə məlumat vermişdik.

Bəs Rio 2016-nın gümüş mükafatçısı yarış meydanlarına nə vaxt dönəcək?

30 yaşlı idmançı Fanat.Az-a açıqlamasında yeni Olimpiya dövründə debütünün 5-7 noyabrda Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində mümkün olduğunu deyib:

"Hazırlıqlar davam edir. Oktyabrda Parisdə keçiriləcək "Böyük Dəbilqə"də olmayacam. Ola bilsin, Bakıdakı yarışda çıxış etdim".

Qeyd edək ki, Elmar Qasımovun iştirak etdiyi son yarış bu ilin iyununda Budapeştdə keçirilən dünya çempionatı olub. O, mundialın 1/16 finalında gürcüstanlı İliya Sulamanidzeyə uduzaraq mübarizəni dayandırmışdı.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər