Dünya çempionatı üçün heyət açıqlandı

Dünya çempionatı üçün heyət açıqlandı

Cüdo üzrə Azərbaycan yığmasının oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, 8 gün davam edəcək mundialda ölkənin 11 idmançısı mübarizə aparacaq.

Cüdoçulara performans direktor Mark van der Ham, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılov və Mehman Əzizov, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.

Dünya çempionatında fərdi yarışlar 6 - 12 oktyabrda, komanda yarışları isə 13 oktyabrda olacaq. Görüşlər Daşkənddə yerləşən “Humo Arena”da baş tutacaq.

Qadınlar

48 kq. Leyla Əliyeva

52 kq. Gültac Məmmədəliyeva

Kişilər

60 kq. Kəramət Hüseynov

66 kq. Orxan Səfərov Yaşar Nəcəfov

73 kq. Rüstəm Orucov Hidayət Heydərov

81 kq. Səid Mollayi

90 kq. Məmmədəli Mehdiyev

100 kq. Zelim Kotsoyev

+100 kq. Uşanqi Kokauri

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər