Zaur Svanadze istefaya göndərildi

Zaur Svanadze istefaya göndərildi
"Keşlə" klubunun (İnter) rəhbərliyi komandanın baş məşqçisi Zaur Svanadze və baş məşqçinin köməkçisi Ramaz Svanadze ilə görüş keçirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə komandanın fəaliyyəti müzakirə olunub.
Qərara alınıb ki, Zaur Svanadze və Ramaz Svanadze arasında imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.
"Keşlə" rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər