"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov iki legioneri komandadan göndərir.
Fanat.Az xəbər verir ki, çalışdırıcı malili Samba Diallo və seneqallı Mansur Aladjinin xidmətindən imtina edib. Onlarla bağlı yaxın günlərdə rəsmi açıqlama veriləcək.
Hər iki futbolçu "Kəpəz"ə mövsümün əvvəlində qoşulub. Samba Diallo 11 Premyer Liqa oyununda 740, 2 kubok matçında 71 dəqiqə forma geyinib. Mansur Aladji isə Premyer Liqada meydana çıxdığı 3 matçda 46, kubokdakı 1 görüşdə 5 dəqiqə oynayıb.
Fanat.Az