Yüksək Liqada növbəti turun proqramı açıqlandı

Yüksək Liqada növbəti turun proqramı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, I dövrənin son oyunları yanvarın 24-də baş tutacaq.

Günün ilk qarşılaşmasında “Murov”la “Azərreyl” üz-üzə gələcək. Matç saat 12:00-da başlanacaq.

III tura UNEC - “Abşeron” dueli ilə yekun vurulacaq. Oyun saat 18:00-da start götürəcək. Hər iki görüş Voleybol Mərkəzində gerçəkləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər