Yığmamızla oyuna U-20 gəldi

Yığmamızla oyuna U-20 gəldi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yoxlama oyunlarındakı rəqibi dəyişib.

 

Fanat.Az-ın məlumatına görə, Rəşad Sadıqovun yetirmələri bu gün və mayın 27-də Makedoniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirməli idi. Ancaq Balkan təmsilçisi Bakıya U-20 komandası ilə gəlib. Yəni qonaqların heyətinə 1998-99-cu il təvəllüdlü futbolçular daxil edilib. Beləliklə, qeyd olunan yoldaşlıq oyunları hər iki ölkənin U-20 yığma komandaları qarşılaşacaq.

 

 

Mənbə: affa.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər