Türkiyə Süper Liqasının 8-ci turu çərçivəsində keçirilən matçda "Ərzurumspor" (Erzurumspor) öz meydanında "Eyüpspor"u qəbul edib.
Fanat.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
İlk yarısı "Ərzurumspor"un 1:0 hesablı üstünlüyü ilə yekunlaşan matçın ikinci hissəsində də fərqlənən ev sahibləri vacib 3 xalı xanələrinə yazdırıblar.
Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadə isə "Ərzurumspor"un heyətində matçın sonunadək ehtiyat oyunçular skamyasında əyləşib.