Yığmamızın rəqibi heyətini açıqladı

Yığmamızın rəqibi heyətini açıqladı
Futbol üzrə Belarus yığmasının Azərbaycan millisi ilə yoldaşlıq matçı üçün yekun heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Georgi Kondratyev 23 oyunçuya dəvət göndərib.
Qapıçılar: Anton Çiçkan (BATE), Pavel Pavlyuçenko ("Rux"), Vladislav Vasilyuçek ("İsloç")
Müdafiəçilər: Denis Polyakov ("Kayrat", Qazaxıstan), Maksim Volodko (BATE), Kirill Peçenin ("Rux"), Nikolay Zolotov ("Kolos", Ukrayna), Maksim Şveçov ("Dinamo- Minsk"), Qleb Şevçenko, Ruslan Xadarkeviç (hər ikisi "Şaxtyor" Soliqorsk), İqor Zayats ("Qomel")
Yarımmüdafiəçilər: Yevgeni Yablonski (BATE), Maks Ebonq ("Astana", Qazaxıstan), Roman Yuzepçuk, Yevgeni Şevçenko, Denis Qreçixo (hamısı "Rux"), Vladislav Klimoviç ("Dinamo-Minsk"), Dmitri Podstrelov ("Şaxtyor" Soliqorsk), Dmitri Antilevski ("Torpedo-BelAZ"), Yevgeni Beryozkin ("Liepaya", Latviya), Pavel Sedko ("Dinamo-Brest")
Hücumçular: Maksim Skavış (BATE), Andrey Solovey ("Qomel")
Qeyd edək ki, Belarus - Azərbaycan oyunu iyunun 2-də Minskdə olacaq. "Dinamo” stadionunda oynanılacaq görüşdə azarkeşlərin iştirakına icazə verilib. Artıq matçın biletləri satışa çıxarılıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər