Yığmamızın oyunu koronavirusa görə təxirə salındı

Yığmamızın oyunu koronavirusa görə təxirə salındı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının bu gün Norveç yığması ilə keçirməli olduğu Avropa çempionatının seçmə oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda Belçikada səfərdə olan yığmanın 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib.

Bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün millinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu, U-17-lərin Avropa çempionatında ilk belə hal deyil. Sentyabrın sonunda baş tutan 2-ci qrupun oyunları zamanı da Latviya millisinin üzvlərində virus aşkarlanmış, buna görə baltikyanı ölkə təmsilçisinin 2 oyunu təxirə salınmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər