Yığmamız Ukraynaya məğlub oldu

Yığmamız Ukraynaya məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.

İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda reallaşan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Hazırda Ukrayna 15 xalla liderdir. U-21 millimiz isə 3 xalla beşinci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər