Yığmamız eyni rəqiblə ikinci oyundan məğlub ayrıldı

Yığmamız eyni rəqiblə ikinci oyundan məğlub ayrıldı

Bakıda təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Fanat.Az xəbər verir ki, “Dalğa Arena”da Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Millimizin heyətində 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər