Mahir Şükürov: "Xorvatlar Yurçeviçin xətrinə dəymədilər"

Mahir Şükürov: "Xorvatlar Yurçeviçin xətrinə dəymədilər"
"Xorvatiya gedib Slovakiyaya 4 top vurur, slovaklar bizə 5 qol vurur... Məncə, xorvatlar Yurçeviçin xətrinə dəymədilər. İstədilər ki, bir xorvatın xətrinə dəyməsinlər". 
Bu sözləri Sport7.az-a millimizin sabiq futbolçusu Mahir Şükürov Azərbaycan yığmasının AÇ-2020-in seçmə oyunları çərçivəsində Xorvatiya ilə heç-heçə etdiyi oyun barədə açıqlamasında bildirib. 
Veteran futbolçu rəqib komandanın meydanda oyun göstərmədiklərini deyib: "Uşaqlar dünən əziyyət çəkdilər, pis oynamadılar. Bizim heyətdən 3 nəfəri fərqləndirərdim: Emil Balayev, Qara Qarayev və Təmkin Xəlilzadə.  Ancaq yenə də Xorvatiya Xorvatiyadır da. Açıq-aydın görsənirdi ki, xorvatlar meydanda oynamadılar". 
Qeyd edək ki, bu heç-heçə Azərbaycan millisi qrupda ilk xalını qazanıb. 
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər