"Xəzər Lənkəran"a texniki məğlubiyyət verildi

"Xəzər Lənkəran"a texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsi 4 komandaya texniki məğlubiyyət verib.
Fanat.Az xəbər verir ki, U-13 liqasında "Xəzər Lənkəran", U-14 liqasında "Araz Baku", Yüksək Qızlar Liqasında isə "Veqa" oyunlara heyətlərində yetərsay olmadan çıxıb. Hər üç komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Yüksək Liqada isə "Yasamal" MFK "Araz"la oyunda iştirak etməyib. Bu səbəbdən komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığından "Yasamal" MFK yarışlardan kənarlaşdırılıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər