U-21 millimiz Belarusa uduzdu

U-21 millimiz Belarusa uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Bakıda Belarus yığması ilə qarşılaşıb.

"Bakcell Arena"da oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması martın 25-də Avropa çempionatının seçmə mərhələsində Bakıda Estoniyanı 3:0 hesabı ilə məğlub edib. Bu, millinin seçmə mərhələdəki ilk qələbəsi olub.

U-21 Beynəlxalq yoldaşlıq oyunu 29 mart

19:00. Azərbaycan – Belarus 1:3 Baş hakim: Əliyar Ağayev (Azərbaycan) Bakı. “Bakcell Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər