Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı olacaq.
Fanat.Az xəbər verir ki, Ağatahir Əzimovun rəhbərlik etdiyi gənclər millisi sabahdan hazırlığa başlayacaq.
Təlim-məşq toplanışı martın 15-dək davam edəcək. Əzimov hazırlıq prosesinə 14 futzalçı dəvət edib: 1. Nahid Abbasov U-19 2. Sunay Həsənov U-19 3. Şahbaz Həndəmli U-19 4. Əhməd İsmayılov U-19 5. Nüsrət Fərzəli U-19 6. Elşən Mahmudov U-19 7. İlham Alıyev U-19 8. Fərid Abbasov Baku Fire 9. Kənan Rovşani Baku Fire 10. Rüfət Məmmədli Baku Fire 11. Qudrət Qasımzadə Baku Fire 12. Sadiq Əlizadə Baku Fire 13. Kərim Babayev Zirə 14. Əli Quliyev ADBTİA
Qeyd edək ki, U-19 AÇ-nin əsas mərhələsində Fransa və Bosniya və Herseqovina ilə qarşılaşacaq. 22 mart. Saat 20:00 Şiroki-Briyeq, Pecara İdman zalı. Fransa - Azərbaycan 23 mart. Saat 23:00 Şiroki-Briyeq, Pecara İdman zalı. Bosniya və Herseqovina - Azərbaycan 25 mart. Saat 20:00 Şiroki-Briyeq, Pecara İdman zalı. Azərbaycan - Yunanıstan