Suliman "quru sülh"ü dəyərləndirdi 

Suliman "quru sülh"ü dəyərləndirdi 

Misli Premyer Liqasının 22-ci turunda "Zirə"nin qonağı olan "Sumqayıt" səfərdən qolsuz bərabərliklə döndü.

Oyundan sonra "kimyaçılar"ın futbolçusu İsa Suliman "quru sülh" barədə təəssüratlarını Fanat.Az-a bölüşdü:

"Maraqlı oyun oldu. Yaxşı mübarizə apardıq. "Zirə" də bizim kimi qələbə qazanmaq istəyirdi. Əlbəttə, süni örtük üzərində oynamaq asan deyildi. Çətin şərtlər altında bacardığımızı etməyə çalışdıq. Artıq bu matçı unudub qarşıdakı görüşlər barədə düşünməliyik". 

Xatırladaq ki, bu heç-heçə sayəsində xallarının sayını 35 çatdıran "Sumqayıt" hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 32 xala malik "Zirə" isə 4-cü yerdədir.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər