Statistika: milli darmadağın olacaq

Statistika: milli darmadağın olacaq

Martın 21-də millimiz xorvat Nikola Yurçeviçin rəhbərliyi altında ilk rəsmi matçına çıxacaq. AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiyanın qonağı olacaq təmsilçimizin çox şansı olmadığını hamımız bilirik.

Yığma tarixində ilk dəfə yazın ilk ayının 21-də - Novruz Bayramında imtahan verəcək.

 

 

Yaxşı ki, "cırtdan” var

Millətlər Liqası da daxil olmaqla, millimiz indiyə qədər 13 seçmə mərhələdə gücünü sınayıb. Bu matçlardan 7-nə səfərdə çıxan təmsilçimiz yalnız 1 görüşdə qələbə qazanıb ki, bu da 2016-cı ilin sentyabrına təsadüf edir. Həmin vaxt Robert Prosineçkinin yetirmələri rəqib meydanında San Marinonu 1:0 hesabıyla yenməyi bacarıb.

 

 

Darmadağın qoxusu gəlir

Səviyyəli rəqiblərlə tsiklin ilk matçlarına səfərdə çıxan komandamızın bu görüşlərin 4-də, yəni yarısından çoxunda darmadağın olması üzücü faktdı. Düzdü, 2006-cı ildə Şahin Diniyevli milli Belqradda Serbiyaya, 2010-cu ildə Berti Foqtslu yığma Kardifdə Uelsə 1 cavabsız qolla yenilib. Ancaq Rumıniya, Norveç, Slovakiya və Almaniya ilə matçların nəticələri nikbin düşüncələrə heç bir əsas vermir. Yurçeviçin işlədiyi komandanı yaxşı tanımaması, qarşı tərəfin haqlı olaraq bizimkilərə "qapazaltı” gözüylə baxması uzaqlardan əsən bahar küləyi ilə növbəti darmadağının qoxusunu gətirir. Belə olmayacağına ümid edək…

AÇ-1996

Baş məşqçi: Ağasəlim Mircavadov

7 sentyabr 1994.

Buxarest. Rumıniya – Azərbaycan - 3:0

 

DÇ-1998

Kazbek Tuayev

2 iyun 1996.

Oslo. Norveç – Azərbaycan - 5:0

 

AÇ-2000

Vaqif Sadıqov

5 sentyabr 1998.

Koşitse. Slovakiya – Azərbaycan - 3:0

 

DÇ-2002

İqor Ponomaryov

2 sentyabr 2000.

Bakı. Azərbaycan – İsveç - 0:1

 

AÇ-2004

Vaqif Sadıqov

7 sentyabr 2002.

Bakı. Azərbaycan – İtaliya - 0:2

 

 

DÇ-2006

Karlos Alberto Torres

4 sentyabr 2004.

Bakı. Azərbaycan – Uels - 1:1

 

 

AÇ-2008

Şahin Diniyev

2 sentyabr 2006.

Belqrad. Serbiya – Azərbaycan - 1:0

 

DÇ-2010

Berti Foqts

6 sentyabr 2008.

Kardif. Uels - Azərbaycan - 1:0

 

AÇ-2012

Berti Foqts

7 sentyabr 2010.

Köln. Almaniya - Azərbaycan - 6:1

 

 

DÇ-2014

Berti Foqts

7 sentyabr 2012.

Bakı. Azərbaycan – İsrail - 1:1

 

 

AÇ-2016

Berti Foqts

9 sentyabr 2014.

Bakı. Azərbaycan – Bolqarıstan - 1:2

 

 

DÇ-2018

Robert Prosineçki

4 sentyabr 2016.

San Marino. San Marino – Azərbaycan - 0:1

 

ML-2019

Qurban Qurbanov

7 sentyabr 2018.

Bakı. Azərbaycan - Kosovo - 0:0

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər