Şeydayev məhsuldar ötürmə etdi, komandası coşdu

Şeydayev məhsuldar ötürmə etdi, komandası coşdu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti matçını keçirib. 

Fanat.Az xəbər verir ki, sözügedən komanda 13-cü tur çərçivəsində evdə “Naqom Patom”u qəbul edib.

Şeydayevin komandası 4:1 hesablı qələbəyə sevinib. Start "11-lik"də yer alan azərbaycanlı forvard 90+2-ci dəqiqədə əvəzlənib. Ramil qollardan birində məhsuldar ötürmə ilə iştirak edib.

Hazırda 21 xalı olan “Buriram Yunayted” 3-cü pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər