"Sabah"ın daha bir komandası çempion oldu

"Sabah"ın daha bir komandası çempion oldu

AFFA-nın təşkil etdiyi AFFA U-12 Liqasında 2021/2022-ci illər mövsümünə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Liqanın final qarşılaşmasında “Vətən” və “Sabah” komandaları üz-üzə gəlib.

Həlledici oyunda rəqibi üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanan “Sabah” komandası AFFA U-12 Liqasının qalibi olub. 

Üçüncü yer uğrunda görüşdə isə UGİŞM-1 (Sumqayıt) komandasıni 7:0 hesabı ilə məğlub edən “Neftçi” bürünc medallara sahib olub.

Qeyd edək ki, bundan əvvəl "Sabah"ın U-10 və U-14 komandaları da çempion olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər