"Turan Tovuz"un sabiq baş məşqçisi Rövşən Babayevin yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə Babayev "Sabah"ın 19 yaşlılardan ibarət komandasının baş məşqçisi olacaq.
45 yaşlı mütəxəssis Fanat.Az-a açıqlamasında vəziyyətə belə aydınlıq gətirdi:
"Bəli, danışıqlar olub. Klub rəhbərliyi hazırda məzuniyyətdədir. Onlar qayıdanda bu barədə ətraflı danışıq aparacağıq. Bundan sonra rəsmi məlumat olacaq. Hələlik deyə bilərəm ki, komanda rəhbərliyi ilə müzakirəmiz olub".
Xatırladaq ki, "Sabah"ın U-19 komandasını ötən mövsüm Hüseynqulu Quliyev çalışdırıb.
Emin Şəmsiyev