Roberto Bordin tam razı qalıb

Roberto Bordin tam razı qalıb

"Komandanın oyunundan tam razı qaldım. İlk dəqiqədən sona qədər mübarizə apardıq. Bu cür futbolçularım olduğu üçün fəxr edirəm".

 

 

 

Fanat.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

 

"Ağ-qaralar" Topaz Premyer Liqasının XX turunda "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub edərək, yenidən vahid lider olublar.

 

Matçın ardından düzənlənən mətbuat konfransında 54 yaşlı mütəxəssis bildirib ki, "Sumqayıt" hesabı açdığı epizodda müdafiəçi Mamadu Mbodjla qapıçı Səlahət Ağayev arasında anlaşılmazlıq yaşanıb: "Buna rəğmən özünü toparladı və lazımi qolu vurdu. İlk pillədə qərarlaşmağımızın psixoloji baxımdan bizə mənfi təsir etdiyini deməzdim. Növbəti oyunlara hazırlaşacağıq".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər