Ramil Şeydayev cəzalandırıldı

Ramil Şeydayev cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Fanat.Az-ın xəbərinə görə, toplantıda Azərbaycan Premyer Liqasının XXXV turunun oyunlarında baş verən qayda pozuntuları müzakirə olunub. 

“Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 49.6);

“Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” klubunun məşqçisi Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilir (maddə 18.2.);

“Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra tribunanın “Qəbələ” klubuna aid hissəsindən meydançaya kənar əşya atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Qarabağ” klubunun 77 nömrəli futbolçusu Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanır, “Qarabağ” klubu 2400 manat cərimə edilir (maddə 37.2, 32.);

“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” klubunun 12 nömrəli futbolçusu Todor Todoroski rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanır, “Sumqayıt” klubu 2400 manat cərimə edilir (maddə 37.2, 32.);

“Turan Tovuz” – “Səbail” oyununda “Səbail” klubunun futbolçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 41.1).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər