Ramil Şeydayev bu dəfə qol vura bilmədi

Ramil Şeydayev bu dəfə qol vura bilmədi
Rusiya Premyer Liqasında XXI tura start verilib.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov” doğma meydanda Tula "Arsenal"ı ilə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ramil Şeydayev 73-cü dəqiqədə meydana daxil olub. Rusiya  Premyer Liqasının ardıcıl 3 matçında və ardınca millinin Xorvatiya ilə oyununda qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.
Qeyd edək ki, "Krılya Sovetov” hazırda  24 xalla 11-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər