Rahil oynadı, komandası son pillədən qurtuldu

Rahil oynadı, komandası son pillədən qurtuldu

Polşa Ekstraklassasında 28-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki,  Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun komandası - LKS bu turda "Radomiak Radom"u qəbul edib.

Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Maydana "start 11-lik"də meydana çıxan Rahil sona qədər oynayıb. O, matçın 10-cu dəqiqəsində sarı vərəqə alıb.

Bu nəticədən sonra xallarını 21-ə çatdıran LKS 17-ci pilləyə yüksələrək sonuncu yerdən qurtulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər